• Bakı 15° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 2.0942

Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır

CƏMİYYƏT

14 Noyabr 2025 | 11:41

Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır

Son zamanlar uşaqlar arasında yalnız qızdırma ilə müşahidə olunan xəstəlik yayılıb. Belə ki, xəstəlik daşıyıcısı olan uşaqlarda yüksək temperatur və halsızlıq əlamətləri görülür. Əksər valideynlər bunu qriplə qarışdırır. Həkimlər isə xəstəliyin qriplə əlaqəli olmadığını bildirirlər.

Bakıvaxtı.az xəbər verir ki, tibb eksperti, terapevt Rasif Bağırov bu barədə Bizim.Media-ya açıqlama verib.

O bildirib ki, hazırda uşaqlar arasında müşahidə edilən xəstəlik qrip deyil:

"Bu gün uşaqlar arasında soyuqdəymə halları artıb. Qızdırma yüksək olanda valideynlər bunun da qrip olduğunu düşünürlər. Bu səbəbdən uşaqları qripi müalicə etdikləri dərmanlarla sağaltmağa çalışırlar. Lakin bu, qrip deyil.

Bu xəstəliyin adı FMF-Aralıq Dənizi Qızdırması adlanır.

Bunu isə nə qədər müalicə etsən də, keçmir. Bir müddət sonra öz-özünə sağalır. Bəzən özünəxas müalicə forması olan bu xəstəlik genetik test və qan analizi verməklə müəyyənləşdirilə bilər. Yalnız bundan sonra qızdırma müalicəyə tabe olur".


SON XƏBƏRLƏR

13 Noyabr 2025