• Bakı 17° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

ATƏT sədri: Minsk prosesinin fəaliyyəti dekabrın 1-dək ləğv ediləcək

SİYASƏT

15 Oktyabr 2025 | 16:05

ATƏT sədri: Minsk prosesinin fəaliyyəti dekabrın 1-dək ləğv ediləcək

Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturların fəaliyyəti 2025-ci il dekabrın 1-dək ləğv ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

O, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib, bunun ATƏT məkanında sülh və sabitliyin bərpası, həmçinin regional əməkdaşlıq baxımından önəmli olduğunu qeyd edib.


SON XƏBƏRLƏR