Pakistan və Əfqanıstan Talibanı 48 saatlıq atəşkəs barədə razılığa gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib.
"Talibanın tələbi və qarşılıqlı razılıq əsasında Pakistanla Əfqanıstan bu axşam saat 18:00-dan etibarən 48 saatlıq müvəqqəti atəşkəs haqqında razılığa gəlib", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Təhlükəsizlik mənbələri bildiriblər ki, bundan əvvəl Pakistan ordusu Əfqanıstanın Qəndəhar əyalətində Talibanın əsas dayaq məntəqələrinə dəqiq zərbələr endirib.
Mənbələrin məlumatına görə, hədəf zərbələri Talibanın 4 saylı batalyonunu və 6 saylı sərhəd briqadasını məhv edib, onlarla əfqan və əcnəbi döyüşçü həlak olub.