Avropa və Mərkəzi Asiyada hər yeddi uşaq və yeniyetmədən biri psixi sağlamlıq problemlərindən əziyyət çəkir.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun yeni hesabatında yer alıb.
Hesabata əsasən, uşaqlar və gənclər arasında psixi pozğunluqlar getdikcə daha çox yayılır.
Eyni zamanda qayğının keyfiyyəti və əlçatanlığı problemin miqyasına uyğun gəlmir. Avropa və Mərkəzi Asiya ölkələrinin daxil olduğu regionda hər yeddi uşaq və yeniyetmədən biri psixi sağlamlıq pozğunluğu ilə yaşayır. Yeniyetmə qızlar xüsusilə həssasdırlar. 15-19 yaşlı hər dörd yeniyetmədən biri psixi sağlamlıq problemləri yaşayır. 15-29 yaşlı gənclər arasında intihar əsas ölüm səbəbi olaraq qalır.
Son 15 ildə uşaqlar və yeniyetmələr arasında psixi pozğunluqların yayılması üçdə bir artıb, lakin xidmətlərin inkişafı artan tələbatla ayaqlaşmayıb.
Gülşən Şərif
Bakı 



