ABŞ dövlət katibi Marko Rubio Amerika diplomatlarına müxtəlif xroniki xəstəliklərlə yanaşı, piylənməni əcnəbilərə ABŞ vizalarının verilməməsinin səbəbi kimi nəzərdən keçirməyi tapşırıb.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, viza rəsmilərinə viza verərkən ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabeti nəzərə almaları tapşırılıb.
Bildirilib ki, böyüklərdəki piylənmə yüksək qan təzyiqi, tənəffüs problemləri, öd daşı və öd kisəsi xəstəlikləri kimi vəziyyətlərin riskini artırır. Bu isə bahalı və uzunmüddətli müalicə tələb edə bilər.
Ağ Evin sözçüsü Anna Kelli bəyan edib ki, bu sərəncam administrasiyanın federal xərcləri ABŞ vətəndaşlarına yönəltmək səylərinin davamıdır.
Gülşən Şərif
Bakı 



