Ultra-proseslənmiş qidalar gənc yaşlarda kolorektal xərçənglərin artmasında rol oynaya bilər.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-də aparılan araşdırmada 29 min qadının 20 ildən çox sağlamlıq məlumatları izlənilib. Nəticələr göstərib ki, ultra-proseslənmiş qidaları (paketlənmiş qəlyanaltılar, kütləvi istehsal olunan çörəklər, şəkərli taxıl məhsulları, instant noodllar, dondurulmuş pizzalar və s.) çox yeyən qadınlarda kolon və rektumda adenoma, yəni xərçəngə çevrilə bilən şişlərin inkişaf riski 45% daha yüksək olub.
Alimlər qeyd edirlər ki, risk qida istifadəsi ilə düz mütənasibdir: nə qədər çox ultra-proseslənmiş qida yeyilsə, poliplərin yaranma ehtimalı bir o qədər artır. Bu qidalar adətən şəkər, duz, doymuş yağ və əlavələrlə zəngindir.
Həmçinin araşdırma göstərir ki, ultra-proseslənmiş qidaları azaltmaq erkən yaşlarda kolorektal xərçəng riskini azaltmağa kömək edə bilər.
Zeynəb Rzayeva
Bakı 



