• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

ABŞ-Çin iqtisadi düşmənçiliyi: Pekinin addımların Azərbaycan iqtisadiyyatına müsbət təsirləri mümkündür

İQTİSADİYYAT

15 Oktyabr 2025 | 17:14

ABŞ-Çin iqtisadi düşmənçiliyi: Pekinin addımların Azərbaycan iqtisadiyyatına müsbət təsirləri mümkündür

ABŞ Prezidenti Donald Tramp Çinlə ərzaq yağı və digər məhsullar üzrə ticarəti dayandırmağı nəzərdən keçirdiyini açıqlayıb. Bu addım Pekinin ABŞ-dən soya idxalından imtina etməsi ilə əlaqələndirilir. Məlumdur ki, Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 19,1 faizi Çinin payına düşür.

Trampın qadağaları Azərbaycana ixdal olunan Çin məhsullarının qiymətinə təsir edirmi?

Mövzu ilə bağlı iqtisadçı Murad Cəlalov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Amerikanın tətbiq etdiyi sanksiyalar və ya tariflər insanların gördüyü tərəfdir.

Onun sözlərinə görə, əslində Amerika özünün istehsal etdiyi bir çox sahələrdə Çinin ona rəqib olmasını istəmir:

"Çünki Çində işçi qüvvəsi o qədər ucuzdur ki, orada istehsal olunan mallar çox ucuz qiymətə gəlir. Hətta bura logistika xərcləri və vergilər də daxildir. Çin məhsullarının ucuz olması Amerikada yerli sahibkarların inkişafının qarşısını alır və bazarı zəiflədir. Bu baxımdan ABŞ öz istehlakçılarına dəstək olmaq üçün tariflərin qiymətlərini artırır”.

Murad Cəlalov, iqtisadçı

Müsahibimizə görə, Çinin tətbiq etdiyi bir çox tariflər var ki, ixrac olunan həmin məhsullara görə əlavə vergi ödənilir:

“Məsələn, ABŞ-dəki idxalçı Çindən gələn hansısa məhsul görə vergi ödəməli olur. Tramp adminstrasiyası tətbiq etdiyi tariflərlə həmin vergiləri öz sahibkarlarına geri qaytarmış olur".

ABŞ və Çin arasındakı iqtisadi düşmənçiliyin Azərbaycanla ticari əməkdaşlığa mümkün təsirlərinə gəlincə, iqtisadçı nəticələrin müsbət olacağını hesab edir.

Həmsöhbətimiz deyib ki, Amerika kimi böyük bir bazarın itirilməsi fonunda Çin digər ölkələrə üz tutmaq məcburiyyətində qalır. Bu baxımdan Çin məhsullarının qiymətində endirim olur və güzəşt paketləri ayrılır.

“Ona görə də Çinin atdığı addımların Azərbaycan iqtisadiyyatına da müsbət təsirləri də mümkündür", - deyə Murad Cəlalov qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR