• Bakı 30° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

FED yaxın aylarda balansın azaldılması prosesini dayandıra bilər

İQTİSADİYYAT

15 Oktyabr 2025 | 13:43

FED yaxın aylarda balansın azaldılması prosesini dayandıra bilər

Mərkəzi Bankın kəmiyyət sərtləşdirməsi (QT) kimi tanınan balansı azaltma proqramı tezliklə başa çata bilər.

 Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Filadelfiyada Biznes İqtisadiyyatı üzrə Milli Assosiasiyanın təşkil etdiyi iclasda çıxışı zamanı Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauell deyib.

FED-in öhdəliklərinin 8 oktyabr tarixinə 6,5 trilyon dollar olduğunu bildirən sərdin sözlərinə görə, bu öhdəliklərin əksəriyyəti fiziki pullar, bankların FED-də saxladığı ehtiyatlar və Xəzinədarlığın Ümumi Hesabından ibarətdir.

"2FED-in balans hesabatının aktiv tərəfi daha çox Xəzinə istiqrazları və ipoteka ilə təmin edilmiş qiymətli kağızlardan ibarətdir. Bu satınalmalar ev təsərrüfatlarına və müəssisələrə kredit axınını dəstəkləyir və iqtisadiyyatın bərpasını asanlaşdıracaq daha çevik maliyyə şərtləri təmin edir", - deyə Pauell qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026