• Bakı 15° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 2.0942

Türkiyəyə elektrik enerjisi satışından 21,4 milyon dollar qazanmışıq

İQTİSADİYYAT

14 Noyabr 2025 | 11:04

Türkiyəyə elektrik enerjisi satışından 21,4 milyon dollar qazanmışıq

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə təqribən 345,7 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 21,4 milyon ABŞ dolları olub.

Türkiyəyə elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 74,4 milyon kVt/saat və ya 17,7%, dəyər ifadəsi ilə 5,3 milyon ABŞ dolları, yaxud 19,8% azalıb.

Dövr ərzində əks istiqamətdə elektrik enerjisi tədarükü qeydə alınmayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 53,8 milyon ABŞ dolları dəyərində, 940,5 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 5,9 milyon ABŞ dolları dəyərində 134,5 milyon kVt/saat elektrik enerjisi idxal edilib.


SON XƏBƏRLƏR

13 Noyabr 2025