• Bakı 13° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 2.0942

Bitkoinin qiyməti ucuzlaşdı

İQTİSADİYYAT

13 Noyabr 2025 | 22:45

Bitkoinin qiyməti ucuzlaşdı

Kapitallaşma baxımından ən çox qiymətləndirilən iki kriptovalyutanın - "Bitcoin" və "Ethereum"un (ETH) qiyməti aşağı düşür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Binance" platformasından məlumat verilib.

Saat 20:51-ə olan məlumata əsasən, "Bitcoin" 0,48 faiz ucuzlaşaraq 101.015 min dollara çatıb. Saat 20:59 üçün "Bitcoin" 100,612 min dollara (-0,84%) qədər ucuzlaşıb.

"Ethereum"un qiyməti 1,27 faiz azalaraq 3350 dollara düşüb. Kriptovalyutanın qiyməti enişini sürətləndirib və 3325 dollara (-2,23%) çatıb.

"Coinmarketcap"ın 13 noyabr tarixinə olan məlumatına əsasən, kriptovalyuta bazarının ümumi kapitallaşması 3,39 trilyon dollar təşkil edib. Bunun 2,006 trilyon dolları (59,2%) "Bitcoin", 401,313 milyard dolları (11,8%) isə "Ethereum"un payına düşür.


SON XƏBƏRLƏR

13 Noyabr 2025