• Bakı 17° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

ƏMƏLİYYAT: Asif Hüseynovdan 26 kq marixuana götürüldü - FOTO

HADİSƏ

15 Oktyabr 2025 | 15:37

ƏMƏLİYYAT: Asif Hüseynovdan 26 kq marixuana götürüldü - FOTO

İrandan Azərbaycana 26 kq narkotikin keçirilməsinin qarşısı alınıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 23.09.1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.

A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 “Metadon” həbbləri aşkar edilərək götürülüb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR