• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıxanovda baş vermiş partlayışla bağlı yeni detallar açıqlandı - VİDEO

HADİSƏ

13 Noyabr 2025 | 19:06 | Müəllif: Subhan Mahmudov

Bakıxanovda baş vermiş partlayışla bağlı yeni detallar açıqlandı - VİDEO

Bir neçə gün əvvəl Bakıxanov qəsəbəsində yerləşən "La Villa" restoranında yanğın baş verib.

Bakıvaxtı.az  Baku TV-yə istinadən xəbər verir ki, ölümlə nəticələnən həmin hadisənin təfərrüatı məlum olub.

Şahid Xaliq İbrahimovun sözlərinə görə, hadisənin baş verməsinə səbəb birinci mərtəbədə köhnə qaz borusunda sızıntının olmasıdır.

Restoranın işçisi Məlahət Cəfərova səhər saatlarında işə gəldikdən sonra otağa daxil olmaq üçün işığı yandırıb və partlayış baş verib. O, ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib, 6 gün sonra isə vəfat edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026