• Bakı 17° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

Kimlər donor ola bilməz? - Əslində, faydalıdır...

CƏMİYYƏT

15 Oktyabr 2025 | 15:13

Kimlər donor ola bilməz? - Əslində, faydalıdır...

Ailələrin donorluqla bağlı narahatlığı normaldır. Lakin bu proses ən yaxşı şəkildə həyata keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının Donor qanı və onun komponentlərinin təhlükəsizliyinin təmin edilməsi şöbəsinin müdiri Növrəstə Hacılı deyib.

Mütəxəssis bildirib ki, qan verən şəxslərdə digər insanlara nisbətən infarkt riskinin qarşısı alınır və qan təzyiqi daha balanslı olur.

O qeyd edib ki, xroniki xəstəliyi olan şəxslər, şəkərli diabet, astma, epilepsiya, qanama diatezi, kardiovaskulyar və sistemik xəstəlikləri olan şəxslər donor kimi qəbul olunmur. Həmçinin infeksion xəstəlikləri, hepatit virusu və AİDS-ə yoluxmuş şəxslər, alkoqol qəbul edənlər, narkotik, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edənlər, hamilə və süd verən analar da donorluq üçün uyğun sayılmırlar.

Əli Hüseynov


SON XƏBƏRLƏR