• Bakı 13° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Azərbaycan 2 ölkədən limon və laym alışını kəskin artırıb

CƏMİYYƏT

14 Noyabr 2025 | 13:50

Azərbaycan 2 ölkədən limon və laym alışını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 15,54 milyon ABŞ dolları dəyərində 15 983 ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 % çoxdur, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 7,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % az) 9 372 ton (-15 %), Cənubi Afrikadan 6,7 milyon ABŞ dolları dəyərində (-1 %) 5 103 ton (-%), Argentinadan 855 min ABŞ dolları dəyərində 634 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 341,4 min ABŞ dolları dəyərində (+4,6 dəfə) 263 ton (+4,3 dəfə), İrandan 286 min ABŞ dolları dəyərində (+196 dəfə) 382 ton (+202 dəfə) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 23 min ton limon və laymın 74 %-i Türkiyənin payına düşüb.


SON XƏBƏRLƏR