• Bakı 15° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

İngiltərədə həkimlər tətilə başlayıblar

    CƏMİYYƏT

    14 Noyabr 2025 | 15:12

    İngiltərədə həkimlər tətilə başlayıblar

    İngiltərədə həkim-rezidentlər uzun müddətdir davam edən əməkhaqqı mübahisəsi fonunda beş günlük tətilə başlayıblar.

    Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, bu, Britaniya Tibb Assosiasiyasına üzv olan həkimlərin artıq 13-cü tətil aksiyasıdır. Həkim-rezidentlər xəstəxanalardakı tibbi heyətin təxminən yarısını təşkil etdiyinə görə ən böyük yük məhz xəstəxanaların üzərinə düşəcək.

    İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) xidmətlərin böyük hissəsini fəaliyyətdə saxlamağa çalışdıqlarını bildirib. Qurumun hesablamalarına görə, beş günlük tətilin sistemə əlavə maliyyə yükü 240 milyon funt sterlinq olacaq.


    SON XƏBƏRLƏR