• Bakı 19° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

Hafiz Hacıyev yeni həbslərin ANONSUNU VERDİ: “Adlarını çəksəm, onların ürəyi partlayar”

SİYASƏT

15 Oktyabr 2025 | 12:10

Hafiz Hacıyev yeni həbslərin ANONSUNU VERDİ: “Adlarını çəksəm, onların ürəyi partlayar”

Xəbər verdiyimiz kimi, Səbail Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Prezidenti Administrasiyasının (PA) sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bakıvaxtı.az-ın verdiyi məlumata görə, R.Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 278, 274 və 193-cü maddələri ilə ittiham irəli sürülüb.

Məsələ ilə bağlı Bakıvaxtı.az sərt və qalmaqallı açıqlamaları ilə diqqət çəkən Müasir Müsavar Partiyasının sədri Hafiz Hacıyev ilə əlaqə saxlayıb.

Hafiz Hacıyev Ramiz Mehdiyevi “qeyri-ciddi” adlandıraraq, kəskin və sərt ifadələrlə çıxış edib:

"Onu gülləmək lazımdır”.

Müsahibimiz diqqətə çatdırıb ki, o, 2010-cu ildə televiziya müsahibələrindən birində sabiq PA rəhbəri ilə bağlı hər şeyi açıqlayıb.

Partiya rəhbəri onu da qeyd edib ki, hazırda Mehdiyevin ətrafında qorxu və susqunluq hökm sürür; onunla müştərək fəaliyyət göstərən şəxslərin də məsuliyyətə cəlb olunması vacibdir.

Hafiz Hacıyev yaxın vaxtlarda həbs dalğasının baş verəcəyini söyləyib, lakin konkret adlar açıqlamaqdan yayınaraq əlavə edib:

“Mən adları çəksəm, onların ürəyi partlayar. Hər şey gün üzünə çıxacaq”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

14 Oktyabr 2025