• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

CƏMİYYƏT

15 Oktyabr 2025 | 17:37

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

Bakıvaxtı.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, "Tbilisi prospekti" orta təzyiqli qaz xətti üzərinə tənzimləyici qurğunun və filtrin quraşdırılması ilə əlaqədar oktyabrın 16-da saat 09:30-dan qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, M.Ə.Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin bir hissəsində istehlakçıların qaz təchizatı müvəqqəti dayandırılacaq.


SON XƏBƏRLƏR