ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Azərbaycan rəsmiləri ilə Bakıda məhsuldar danışıqlar apardığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla məhsuldar danışıqlar apardıq. Sizi Ermənistanla sülh və münasibətlərin normallaşdırılması barədə razılaşmaların əldə olunması münasibətilə təbrik edirəm. ATƏT sülh müqaviləsinin və etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsini dəstəkləməyə hazırdır. Azərbaycan vətəndaş cəmiyyəti və analitik mərkəzlərinin nümayəndələri ilə görüşüm gələn həftə baş tutacaq", - o yazıb.