• Bakı 19° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

Qan hüceyrələrindəki mutasiyalar piylənməyə səbəb ola bilər

CƏMİYYƏT

15 Oktyabr 2025 | 12:20

Qan hüceyrələrindəki mutasiyalar piylənməyə səbəb ola bilər

Piylənmə, şəkərli diabet və qaraciyər yağlanmasının gözlənilməz mənbəyi aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, Florida Universitetinin Xərçəng Mərkəzinin alimləri, maddələr mübadiləsinin pozulmasına təkcə həyat tərzi deyil, həm də yaşla birlikdə qan hüceyrələrində yığılan "səssiz" mutasiyaların səbəb ola biləcəyini bildirib.

Məlumata görə, son vaxtlara qədər artıq çəkinin özünün qan tərkibində dəyişikliklərə səbəb olduğuna inanılırdısa, yeni araşdırmalar bunun əksini sübut edir.

Nəzərə çatdırılıb ki, sümük iliyinin kök hüceyrələrindəki mutasiyalar metabolik pozğunluqlara səbəb ola bilər. Xüsusilə, laboratoriya heyvanlarında Dnmt3a genindəki mutasiya pəhrizdə yağ və şəkər çox olduqda iştahın artmasına, çəki artımına, qan şəkərinin səviyyəsinin yüksəlməsinə və qaraciyər problemlərinə səbəb olub.

Qeyd olunub ki, DNMT3A (DNT Methyltransferase 3 Alpha) geni hüceyrə diferensiasiyası, embrionun inkişafı və genomik sabitlikdən məsuldur. Bu genin bəzi mutant variantları (məsələn, R882H) artıq lösemi və limfoma riskinin artması ilə əlaqələndirilir.

"Əksər insanlar qanın piylənməyə səbəb ola biləcəyini dərk etmirlər", - tədqiqat müəllifləri qeyd edirlər.

Alimlər ümid edirlər ki, gələcəkdə qan testi metabolik pozğunluqlar riski yüksək olan insanları müəyyən edə biləcək, həyat tərzini erkən dəyişməyə və ya piylənmə, şəkərli diabet və xərçəng xəstəliklərinin qarşısını almaq üçün müalicəyə başlamaq imkanı verəcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR

14 Oktyabr 2025