• Bakı 18° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.0981

Ramiz Quliyev vəfat etdi

MƏDƏNİYYƏT

15 Oktyabr 2025 | 10:08

Ramiz Quliyev vəfat etdi

Xalq artisti tarzən Ramiz Quliyev vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun oğlu Əyyub Quluyev Report-a məlumat verib.

Xatırladaq ki, Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.

Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

1988-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

O, 2007-ci ildə "Şöhrət", 2017-ci ildə isə "Şərəf" ordeni ilə təltif olunub.


SON XƏBƏRLƏR

14 Oktyabr 2025