• Bakı 20° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Qırmızı Bazar qəsəbəsində 39 nəfər məskunlaşıb

CƏMİYYƏT

15 Sentyabr 2025 | 12:30

Qırmızı Bazar qəsəbəsində 39 nəfər məskunlaşıb

Qırmızı Bazar qəsəbəsində 39 nəfərdən ibarət 10 ailə məskunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin izi ilə Qırmızı Bazar qəsəbəsinə təşkil olunan mediaturda bildirilib.

Qeyd olunub ki, Qırmızı Bazarın 2023-cü ildə ölkə Silahlı Qüvvələrinin antiterror əməliyyatı nəticəsində azad olunmasından sonra qəsəbədə elektrik və qaz xətləri, həmçinin artezian quyusu bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 2 transformator quraşdırılıb, 3 su anbarı təmir edilib, 11 kilometrdən çox uzunluqda təbii qaz xətti çəkilib.

Hazırda Qırmızı Bazar qəsəbəsində ictimai-məişət obyektləri, həmçinin istehsal emalatxanası fəaliyyət göstərir.

Qəsəbədə mövcud olan 300 fərdi evdən 71-i yararsızdır, 229-u isə qismən yararlıdır. Artıq 10 ev istismara hazırdır. Ümumilikdə 2025-ci ilin sonunadək 217, 2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaq.

Hazırda qəsəbəyə ümumilikdə 39 nəfərdən ibarət 10 ailə qayıdıb.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub.


SON XƏBƏRLƏR

14 Sentyabr 2025