• Bakı 26° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

ABŞ-də iki ştat Vaşinqtona qoşun göndərir

DÜNYA

17 Avqust 2025 | 10:42

ABŞ-də iki ştat Vaşinqtona qoşun göndərir

 Cənubi Karolina və Ohayo ştatları ABŞ prezidenti Donald Trampın paytaxtda “asayişin bərqərar edilməsi” haqqında sərəncamına dəstək olaraq Milli Qvardiya qoşunlarını Vaşinqtona göndərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ştatların qubernatorları məlumat verib.

"Qubernator Henri Makmaster bu gün Cənubi Karolina Milli Qvardiyasının 200 əsgərinin Vaşinqtona göndərilməsinə icazə verib. Mühafizəçilər prezident Donald Trampın Kolumbiya dairəsində asayişin bərpası ilə bağlı sərəncamına uyğun olaraq federal hüquq-mühafizə orqanlarının səylərini dəstəkləyəcəklər", - yerli hakimiyyət orqanlarının bəyanatında deyilir.

Ohayo qubernatoru Mike Deuayn, öz növbəsində, 150 mühafizəçi göndərəcəyini vəd edib.


SON XƏBƏRLƏR

16 Avqust 2025