• Bakı 20° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Lukaşenko: "Prezident olmurlar, prezident doğulurlar"

DÜNYA

16 Sentyabr 2025 | 08:54

Lukaşenko: Prezident olmurlar, prezident doğulurlar

"Prezident olmurlar, prezident doğulurlar".

Bakıvaxtı.az bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Razvedçik" jurnalına müsahibəsində bildirib.

"Qeyri-təvazökarlığıma görə üzr istəyirəm, amma mən dəfələrlə demişəm ki, prezident olmurlar, prezident doğulurlar. Böyüdükcə, insanda tədricən vətənə, xalqına şüurlu sevgi, dövlət üçün çətin məqamda məsuliyyəti öz üzərinə götürmək, həmvətənlərinin etimadını doğrultmaq üçün hər şeyi etməyə hazır olmaq hissi yaranır", - deyə Belarus lideri vurğulayıb.

Xatırladaq ki, fevralın 3-də Belarusun Mərkəzi Seçki Komissiyası prezident seçkisində Lukaşenkonun qələbəsini təsdiqləyib. Hazırkı dövlət başçısı 86,82% səs toplayıb ki, bu da Lukaşenkonun prezidentliyinin bütün dövrü üçün rekord göstəricidir.

Belarusda prezident seçkisi 2025-ci il yanvarın 26-da keçirilib.


SON XƏBƏRLƏR

15 Sentyabr 2025