• Bakı 12° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

HƏMAS bütün girovların meyitlərini geri qaytardığını iddia edir - YENİLƏNİB

DÜNYA

16 Oktyabr 2025 | 00:00

HƏMAS bütün girovların meyitlərini geri qaytardığını iddia edir - YENİLƏNİB

HƏMAS-ın hərbi qanadı öz öhdəliklərini yerinə yetirdiyini və bütün girovları İsrailə qaytardığını iddia edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP hərəkatın rəsmi bəyanatına istinadən məlumat yayıb.

"Qalan meyitlərin çıxarılması və daşınması xüsusi avadanlıq tələb edir. Biz bu problemi həll etmək üçün bütün səyləri edirik", - hərəkat bəyan edib. 

HƏMAS 10 nəfərin meyitini geri qaytarıb, lakin daha 19 girov isə Qəzza zolağında qalıb.

Vasitəçilər xəbərdarlıq ediblər ki, anklavda baş verən geniş dağıntılar səbəbindən girovların meyitlərini çıxarmaq bir neçə həftə çəkə bilər. Misir artıq Qəzza zolağında ölən girovların meyitlərinin axtarışı və çıxarılması üçün işləyir.

Ötən gün ABŞ prezidenti Donald Tramp CNN telekanalına müsahibəsində bildirib ki, HƏMAS sülh sazişinin şərtlərinə və bütün meyitlərin qaytarılmasına dair razılaşmaya əməl etməzsə, İsrailin Baş naziri Benyamin Netanyahuya Qəzzada hərbi əməliyyatları bərpa etməyə icazə verə bilər.

 

23:34

HƏMAS bu gün daha iki ölən girovun meyitini təhvil verəcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" hərəkatın rəsmi açıqlamasına istinadən məlumat yayıb.

Təhvil-təslim İsrail vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 21:00) baş tutmalı idi.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin yüksək rütbəli rəsmisi portala iki girovun meyitini alacaqlarını gözlədiklərini təsdiqləyib. HƏMAS onların adlarını açıqlamayıb.

HƏMAS daha əvvəl 8 nəfərin meyitini İsrailə qaytarıb.

 

19:50

İsrail bu gün daha bir neçə girovun meyitinin qaytarılmasını gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin yüksək çinli rəsmisi "The Times of Israel"ə bildirib.

Daha əvvəl hazırkı Qəzza razılaşması çərçivəsində yeddi girovun, eləcə də bir naməlum şəxsin meyiti İsrail tərəfinə təhvil verilib.


SON XƏBƏRLƏR