İsveçin paytaxtı Stokholmun mərkəzindəki Valhallavagen küçəsində ikimərtəbəli avtobusun dayanacağa çırpılması nəticəsində üç nəfər ölüb, azı beş nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Expressen" qəzeti məlumat yayıb.
Polis avtobus sürücüsünün saxlanıldığını bildirir.
Qəzanın səbəb kimi sürücünün açıqlanmayan xəstəliyi göstərilib. Bildirilib ki, sürücü hadisənin təsirindən şoka düşüb.
Faktla bağlı araşdırmalar aparılır.
Bakı 



