Türkiyənin energetika naziri Alparslan Bayraqdar Rusiya baş nazirinin müavini Aleksandr Novak ilə nüvə enerjisi və neft-qaz sektorları da daxil olmaqla yeni əməkdaşlıq imkanlarını müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə A.Bayraqdar X səhifəsində yazıb.
"Rusiya Enerji Həftəsi çərçivəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə məhsuldar görüş keçirdik. Biz cari layihələrin gedişatını müzakirə etdik və xüsusilə nüvə enerjisi və karbohidrogenlər sahəsində yeni əməkdaşlıq imkanlarını hərtərəfli qiymətləndirdik", - Bayraqdar bildirib.