Avstriyada İnsbruk Məhkəməsi iflas etmiş "Signa" daşınmaz əmlak holdinqinin milyarder təsisçisi Rene Benkonu maliyyə maxinasiyalarına görə iki il həbs cəzasına məhkum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Məhkəmə nəticəyə gəlib ki, Benko öz investorlarını 300 min avro məbləğində aldadıb. O bu məbləği şirkətinin iflasından əvvəl pulları kreditorlardan gizlətmək məqsədilə şəxsi hesablara köçürüb.
Qeyd edək ki, Benko Avstriyanın ən böyük daşınmaz əmlak holdinqi "Signa"nın sahibi olub. 2023-cü ilin noyabr ayında holdinq iflas edib.