• Bakı 11° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Venesuela XİN: ABŞ-nin Karib hövzəsindəki hücumları beynəlxalq hüququ pozur

DÜNYA

14 Noyabr 2025 | 17:29

Venesuela XİN: ABŞ-nin Karib hövzəsindəki hücumları beynəlxalq hüququ pozur

ABŞ qüvvələrinin Karib dənizində gəmilərə hücumları beynəlxalq hüququn fundamental prinsiplərini pozur.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri İvan Gil deyib.

O, Amerika əməliyyatlarını "iyrənc sui-qəsdlər" kimi qiymətləndirərək, hücumların qurbanlarının hər hansı cinayət törətmələrinin sübuta yetirilmədiyini iddia edib:

"Beynəlxalq hüququn bizə məlum olan bütün prinsipləri pozulub".

Venesuelanın xarici işlər naziri əlavə edib ki, ABŞ-nin Karib hövzəsindəki hərəkətləri təkcə Venesuela üçün deyil, həm də bütün bəşəriyyət və BMT sistemi üçün təhlükə yaradır. 

Gülşən Şərif


SON XƏBƏRLƏR