• Bakı 15° C

    3.93 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

Hərbi qulluqçularımız "Eternity-2025" təlimində iştirak edir - FOTOLAR

GÜNDƏM

15 Oktyabr 2025 | 18:57

Hərbi qulluqçularımız Eternity-2025 təlimində iştirak edir - FOTOLAR

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Türkiyənin Qars vilayətində üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təlimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kompüter dəstəkli və praktiki olmaqla iki mərhələdə icra ediləcək təlim 3 ölkənin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub.

Qeyd edək ki, ölkəmizdən Azərbaycan Ordusunun hərbi qulluqçularının və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının iştirak etdiyi birgə komanda qərargah təlimi 24 oktyabr tarixinədək davam edəcək.


SON XƏBƏRLƏR