Norveç hökuməti 2026-cı ildə Ukraynaya 85 milyard Norveç kronu (təxminən 7,2 milyard avro) ayıracaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Gələn il Norveç Nansen adına proqram çərçivəsində Ukraynaya hərbi və mülki yardım da göndərəcək. Ölkə hökuməti Ukraynaya 85 milyard Norveç kronu ayırmağı təklif edir", - məlumatda qeyd olunur.
Ukrayna 2023-cü ildən bəri Nansen adına proqram vasitəsilə 190 milyard Norveç kronu (təxminən 19 milyard dollar) məbləğində yardım alıb.