• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bu dəfə də Malayziyaya gedir

DÜNYA

15 Oktyabr 2025 | 20:45 | Müəllif: Subhan Mahmudov

Bu dəfə də Malayziyaya gedir

ABŞ Prezidenti Donald Tramp oktyabrın 26-da Malayziyaya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Malayziyanın xarici işlər naziri Mohamad Hasan “Reuters”ə açıqlamasında bildirib.

O, söyləyib ki, Trampın səfərinin məqsədi Tailand və Kamboca arasında illərlə davam edən sərhəd münaqişəsinin başa çatmasını rəsmi şəkildə təsdiqləyən sənədin imzalanması mərasimində iştirak etməkdir. Nazirin sözlərinə görə, sənədin imzalanması 26-28 oktyabrda ASEAN liderlərinin Kuala-Lumpurda keçiriləcək sammiti zamanı baş tutacaq. Həmin sənəd iki qonşu ölkə arasında dayanıqlı sülh və atəşkəs rejimini təmin etməyi nəzərdə tutur.

Xatırladaq ki, Tailandla Kamboca arasında 817 kilometrlik quru sərhədində illərdir müəyyənləşdirilməmiş bölgələr mövcuddur. Bu ilin yayında baş verən beşgünlük silahlı toqquşma nəticəsində onlarla hərbçi və mülki şəxs həlak olub, minlərlə insan isə qaçqın düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026