• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanın layihələri sanksiyalardan azad edildi 

İQTİSADİYYAT

15 Oktyabr 2025 | 22:50 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın layihələri sanksiyalardan azad edildi

Rusiyanın "Lukoyl" və "Rosneft" neft şirkətlərinin iştirakı ilə Azərbaycan və Qazaxıstanda həyata keçirilən beynəlxalq layihələr Böyük Britaniyanın sanksiyalarından azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Lukoyl" və "Rosneft"i sanksiyalar siyahısına daxil edən Böyük Britaniyanın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, "Xəzər Boru Kəməri Konsorsiumu", "TengizChevroil", "Şahdəniz", "Cənubi Qafqaz Qaz Boru Kəməri" (Bakı-Tbilisi-Ərzurum), "Azerbaijan Gas Supply Company" və "Qaraçaqanak" layihələri 2027-ci il oktyabrın 14-dək sanksiyalardan azad olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026