Ötən gecə Xırdalan şəhəri ərazisindəki parkda 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Elmir Bədirov bıçaqla qətlə yetirilib.
Bakıvaxtı.az “Teleqraf.com”a istinadən xəbər verir ki, hadisə borc üstündə baş verib.
Məlumata görə, Elmir Bədirov Fərid Məmmədovdan ona verdiyi 10 manatı geri istəyib.
Bu səbəbdən aralarında mübahisə yaranıb və dava düşüb.
İddia olunur ki, mübahisə zamanı Fərid Məmmədov bıçaqla Elmir Bədirova bir neçə zərbə endirib.
Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.