• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qazaxıstan ilk meteoroloji raketi sınaqdan keçirəcək

DÜNYA

17 Avqust 2025 | 09:12 | Müəllif: Gülşən Şərif

Qazaxıstan ilk meteoroloji raketi sınaqdan keçirəcək

 Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi 2025-ci ildə respublikanın ilk meteoroloji raketinin uçuş sınaqlarını keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

"Hazırda Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin Aerokosmik Komitəsinin tabeliyində olan təşkilatlar meteoroloji raketin prototipinin yaradılması üzrə elmi-tədqiqat və təkmilləşdirmə işləri aparır. Yay uçuş sınaqlarının 2025-ci ildə keçirilməsi planlaşdırılır", - mətbuat xidmətindən bildirilib.

Elmi-tədqiqat və təcrübə-konstruktor işləri ilə bağlı məlumatlar məxfidir və məhdudlaşdırılmış xidməti məlumat kimi təsnif edilir, buna görə də nazirlik gedişat, xarakter və nəticələr barədə məlumat verə bilməz.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026