• Bakı 24° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Suriyanın paytaxtında güclü partlayış baş verib

DÜNYA

17 Avqust 2025 | 00:55

Suriyanın paytaxtında güclü partlayış baş verib

Suriyanın paytaxtı Dəməşqin Mezze bölgəsində avtomobillərin sıx olduğu yolda güclü partlayış səsi eşidilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, naməlum şəxslər “Golden Mezzeh” hotelinin yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcıları işə salıblar.

"Shafaq News" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, partlayış yalnız maddi ziyana səbəb olub, tələfat barədə hələlik məlumat yoxdur.

Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib və təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.

Partlayışın baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıb.


SON XƏBƏRLƏR

16 Avqust 2025