• Bakı 19° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Bir gündə milyardlarla dollar itirdi

DÜNYA

15 Sentyabr 2025 | 19:29

Bir gündə milyardlarla dollar itirdi

Çinin məşhur oyuncaq istehsalçısı Pop Mart International Group-un bazar dəyəri təxminən 13 milyard ABŞ dolları azalaraq 44,23 milyard dollara enib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Blomberg məlumat yayıb. Bildirilir ki, 15 sentyabr tarixindəki birja ticarətinin nəticələrinə əsasən, şirkətin kapitallaşması son ayların ən böyük geriləməsini qeydə alıb.

Aksiyalardakı bu kəskin azalma “JPMorgan Chase & Co.” tərəfindən “Pop Mart” səhmlərinə dair tövsiyənin “bazarı üstələyir” səviyyəsindən “neytral” səviyyəsinə endirilməsi ilə izah olunur.

Bununla belə, “Bloomberg” qeyd edir ki, “Pop Mart” səhmləri 2025-ci ilin əvvəlindən bəri Hang Senq indeksində ən yüksək gəlirlilik nümayiş etdirən kağızlar arasında qalmaqdadır.


SON XƏBƏRLƏR