• Bakı 18° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

NATO-nun "Şərq gözətçisi" əməliyyatı başladı

DÜNYA

15 Sentyabr 2025 | 20:28 | Müəllif: Subhan Mahmudov

NATO-nun "Şərq gözətçisi" əməliyyatı başladı

NATO-nun alyansın şərq cinahında təhlükəsizliyi gücləndirmək məqsədi daşıyan "Şərq gözətçisi" əməliyyatı başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun "X" sosial şəbəkəsindəki hesabında məlumat yer alıb.

"Hərbi əməliyyat hava məkanının pozulmasına cavab olaraq başlayıb və NATO-nun şərq cinahda mövqelərini gücləndirmək məqsədi daşıyır. Müttəfiqlər artıq qoşun və imkanlarını yerləşdirməyə başlayıblar", - paylaşımda deyilir.

Xatırladaq ki, daha əvvəl NATO-nun Baş katibi Mark Rutte əməliyyatın yaxın günlərdə başlayacağını bildirmişdi. Qərar Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozması ilə bağlı insidentdən sonra verilib. Əməliyyatda alyansa üzv bir sıra dövlətlər, o cümlədən Danimarka, Fransa, Böyük Britaniya və Almaniya iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR