• Bakı 23° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Türkiyədə fırtına bir sıra fəsadlar törədib: yaralılar var

DÜNYA

16 Avqust 2025 | 22:17

Türkiyədə fırtına bir sıra fəsadlar törədib: yaralılar var

Türkiyənin İstanbul şəhərində fırtına bir sıra fəsadlar törədib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, təbii hadisə nəticəsində Bakırköy, Bağcılar və Şişli rayonlarında ağaclar aşıb. Bakırköydə güclü küləyin aşırdığı ağac budaqları yoldan keçən iki qadının üstünə düşüb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Bağcılar rayonunda isə aşan ağac iki avtomaşının üstünə düşüb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.


SON XƏBƏRLƏR

16 Avqust 2025