• Bakı 27° C

    3.41 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Narkotik təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

HADİSƏ

16 Avqust 2025 | 15:07

Narkotik təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində "Toyota" markalı avtomobilin sürücüsü Fərəc İsgəndərzadə işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, F. İsgəndərzadəyə “saxla” əmri verilsə də, sürücü polisə tabesizlik göstərərək ərazidən uzaqlaşıb. Tədbir zamanı həmin şəxs saxlanaraq müayinə edilib və avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub.

Fərəc İsgəndərzadə barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.


SON XƏBƏRLƏR