İbrahim Tatlısesin qızı Dilan Çıtak ötən il Bodrumda istirahət edərkən atası ilə yaşanan mübahisə zamanı televizorun pultunu sənətçinin üstünə atmışdı.
Bakıvaxtı.az xəbər verir ki, hadisədən sonra İ.Tatlıses rəsmi şəkildə qızından məhkəməyə şikayət etsə də, ifadə verməyə dəvət olunarkən şikayətini geri götürmüşdü. Bu hadisə Türkiyə mətbuatında da geniş rezonans doğurmuşdu.
Müğənni qızına qarşı iddianı geri götürsə də, prokurorluq hadisələri dövlət ittihamı olaraq nəzərdən keçirmək qərarına gəlib.
Belə ki, Türkiyə Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən, bu cür cinayətlər şikayət edilmədən də mühakiməyə çıxarıla bilər.
Hətta prokurorluq Dilan Çıtakın atasına qarşı hərəkətini "silahla xəsarət yetirməyə cəhd" kimi qiymətləndirib.
Artıq prokurorluq sübutları və şahid ifadələrini əsas götürərək, ictimai cəza tələbi ilə işi məhkəməyə göndərib.