• Bakı 24° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

"Neftçi" "Şamaxı" ilə bacarmadı

İDMAN

16 Avqust 2025 | 23:08

Neftçi Şamaxı ilə bacarmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Neftçi" komandası eyniadlı arenada "Şamaxı"nı qəbul edib.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

Hər iki qol standart vəziyyətdən vurulub. 23-cü dəqiqədə qonaq komandanın yeni transferi Karim Rossi cərimə zərbəsini dəqiq yerinə yetirib. 45+2-ci dəqiqədə isə meydan sahiblərinin kapitanı Emin Mahmudov penaltini dəqiq yerinə yetirib.

73-cü dəqiqədə "Neftçi"nin və Azərbaycan millisinin müdafiəçisi Elvin Bədəlov zədələnərək, əvəzlənib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Qəbələ" ilə heç-heçə edib - 1:1. "Turan Tovuz" isə "İmişli"yə qalib gəlib - 1:0.


SON XƏBƏRLƏR

16 Avqust 2025