• Bakı 19° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

"Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik" -  Brunu Laje

İDMAN

15 Sentyabr 2025 | 17:11

Qarabağla matçda 3 xal qazanmağı hədəfləyirik -  Brunu Laje

"Benfika" "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyir. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi Brunu Laje mətbuat konfransında deyib.

Mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turununun oyunundan əvvəl mətbuat konfransında fikirlərini bölüşüb:

"Hücumda çox yaxşıyıq. Avropanın ən güclü komandalarından biriyik. Ötənilki çıxışlarımızı təkrarlamağı planlaşdırırıq. 3 xal qazanmağı hədəfləyirik. Azarkeşlər maraqlı qarşılaşmaya şahidlik edəcəklər. Yaxşı oynamalıyıq, Avropada uğurlu nəticələrə ümid edirik. Qarşıda çox matç var. Müdafiədən oyun qurmağa üstünlük verəcəyik".

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 


SON XƏBƏRLƏR