• Bakı 26° C

    1.25 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Əfsanəvi futzalçı karyerasını bitirdi - VİDEO

İDMAN

16 Avqust 2025 | 16:57

Əfsanəvi futzalçı karyerasını bitirdi - VİDEO

Bütün dövrlərin ən yaxşı futzalçılarından sayılan Rikardinyo karyerasını başa vurub.

Bakıvaxtı.az teleqraf-a istinadən xəbər verir ki, Rikardo Filipe da Silva Braqa qərarını 39 yaşında ikən Portuqaliya Futbol Federasiyasının təşkil etdiyi mətbuat konfransında açıqlayıb.

"Bu, həyatımın ən çətin qərarı idi. Bədənim və ağlım mənə deyirdi ki, idman səndən getməmiş sən idmandan getsən yaxşıdır", - deyə o vurğulayıb.

Təcrübəli oyunçu futzalı bütün dünyaya yaymaq üçün səfir olmaq arzusunu dilə gətirib.

Qeyd edək ki, Rikardinyo ixtisaslaşmış "Futsal Planet" portalının versiyası üzrə 6 dəfə dünyanın ən yaxşı futzalçısı seçilib. O, karyerası ərzində müxtəlif klublarda 43 titul, o cümlədən 3 dəfə Çempionlar Liqasını əldə edib. Məşhur futzalçı Portuqaliya millisində 188 oyunda 142 qol vurub, 2018-ci ildə Avropa, 2021-ci ildə dünya çempionu olub.


SON XƏBƏRLƏR