• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Premyer Liqa: “Neftçi” ilk turda heç-heçə edib

İDMAN

16 Avqust 2025 | 22:23 | Müəllif: Gülşən Şərif

Premyer Liqa: “Neftçi” ilk turda heç-heçə edib

Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, günün ikinci matçında “Neftçi” “Şamaxı”nı qəbul edib.

“Neftçi Arena”dakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

Qonaqların heyətində 23-cü dəqiqədə Karim Rossi fərqlənib. Meydan sahiblərində Emin Mahmudov 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, günün ilk matçında “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. Ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR