• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Yağış yağıb, şimşək çaxıb - Faktiki hava

CƏMİYYƏT

17 Avqust 2025 | 10:25 | Müəllif: Gülşən Şərif

Yağış yağıb, şimşək çaxıb - Faktiki hava

 Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Bildirilir ki, düşən yağıntının miqdarı Qubada 21, Lənkəranda 11, Qusarda 10, Şahdağda 9, Balakən, Şəkidə 8, Astara, Neftçala, Şabran, Cocuqmərcanlıda 6, Biləsuvarda 5, Qax, Yardımlı, Lerikdə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Oğuz və Qəbələdə 3, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Qobustan, Sabirabad, Cəfərxan, Beyləqan, Zaqatala, Altıağac, Ağdam, Zərdabda 1 mm-dək qeydə alınıb.

Kəlbəcər, Laçın, Qrız, Şahdağ, Lerik və Şəkidə duman muşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR