• Bakı 29° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Vəkillər məhkəmədə öz-özünü müdafiə edə biləcəklər

CƏMİYYƏT

16 Sentyabr 2025 | 10:09

Vəkillər məhkəmədə öz-özünü müdafiə edə biləcəklər

Vəkillər məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış etdikdə, öz-özünü müdafiə edə biləcəklər. 

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual və Mülki Məcəllələrə dəyişiklik təklif edilir.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, vəkil hərbi xidmət qulluqçusu olduqda, ona xüsusilə ağır cinayət törətməsi istinad edildikdə, tutulduqda və ya qətimkan tədbiri qismində həbs tətbiq edildikdə və mənafeləri arasında ziddiyyət mövcud olan təqsirləndirilən şəxsdən biri olduqda müdafiəçidən imtina edə və öz-özünü təmsil edə biləcək.

Mülki Məcəlləyə təklif edilən dəəyişikliyə əsasən, eyni imtiyaz kassasiya instansiyası məhkəməsində də şamil ediləcək. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026