• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Sabahın hava proqnozu

CƏMİYYƏT

17 Avqust 2025 | 11:41 | Müəllif: Gülşən Şərif

Sabahın hava proqnozu

Avqustun 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026