• Bakı 26° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

"Real"ın daha bir əfsanəsi İtaliya klubuna keçə bilər

İDMAN

18 Iyul 2025 | 21:51

Realın daha bir əfsanəsi İtaliya klubuna keçə bilər

"Real Madrid" klubunun daha bir əfsanəsi Luka Modriçin yolu ilə gedərək karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. 

Bakıvaxtı.az xəbər verir ki, 34 yaşlı Lukas Vaskesin agentləri onu "Yuventus" klubuna təklif edib. Turin təmsilçisi müdafiə xəttinə futbolçu cəlb etmək istəyir və hazırda azad agent olan Vaskes seçimini düşünür.

Bu transferdə yeganə problem ispaniyalının 4,5 milyon avroluq əvvəlki məvacibi ola bilər. "Yuventus" qeyd olunan məbləğdən daha az ödəməyi və uzunmüddətli müqavilə bağlamağı planlaşdırır.

Xatırladaq k ki, Lukas Vaskes 18 ildən sonra "Kral klubu" ilə vidalaşıb. O, Madrid komandası ilə 402 oyuna çıxıb, 5 Çempionlar Liqası qazanıb. Ötən mövsüm La Liqada 32 matç keçirən L.Vaskes 1 qol və 5 assistə imza atıb.


SON XƏBƏRLƏR

18 Iyul 2025