• Bakı 17° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

AFFA Məşqçilər Komitəsi üzvlərinin avqustdan bölgələrə səfərləri planlaşdırılıb

İDMAN

18 Iyul 2025 | 16:14

AFFA Məşqçilər Komitəsi üzvlərinin avqustdan bölgələrə səfərləri planlaşdırılıb

AFFA Məşqçilər Komitəsi (MK) üzvlərinin gələn aydan etibarən bölgələrə səfərləri planlaşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a MK-nın sədri Vaqif Sadıqov məlumat verib.

AFFA rəsmisi uşaq futbolunun inkişafı məqsədi ilə belə addımlar atılacağını deyib:

“Aşağı liqalardan yuxarıya qədər hansı islahatların aparılmalı olduğunu təhlil etmişik. Gələn aydan Məşqçilər Komitəsi üzvlərinin bölgələrə səfərləri planlaşdırılıb. Rəhbərliyin verdiyi tapşırıqları həyata keçirmək üçün dolğun məlumatlar əldə edəcəyik. Bunları təkmilləşdirmək üçün üzərində daim işləyirik. İstəyirik ki, futbolumuz bundan bəhrələnsin və inkişaf etsin”.


SON XƏBƏRLƏR

18 Oktyabr 2025