PSJ-nin baş məşqçisi Luis Enrike icarədən gələn oyunçuları Marko Asensio, Karlos Soler və Milan Şkrinyarı əvəzedici komandaya göndərib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "OK Diario" məlumat yayıb.
Məlumata görə, ispaniyalı mütəxəssis Asensio, Soler və Şkrinyarın əvəzedici komanda ilə məşq etmələrini istəyib. Enrike klubun 29 yaşlı hücumçunu, 28 yaşlı yarımmüdafiəçini və 30 yaşlı müdafiəçini satmasını istəyir. Əvəzedici komandanın iş yükünün az olduğu, bu səbəbdən də futbolçuların zədə almaq və başqa kluba keçidini pozmaq riskinin azaldığı qeyd edilir.
Solerin İspaniyanın "Vilyarreal" klubuna keçməyə yaxın, Asensio və Şkrinyarın isə Türkiyənin "Fənərbaxça" klubu ilə fəal əlaqədə olduğu bildirilir.
Xatırladaq ki, Soler ötən mövsümü icarə əsasında "Vest Hem"də keçirib. Asensio son altı ayda icarə əsasında "Aston Villa"nın formasını geyinib. 30 yaşlı Şkrinyar isə "Fənərbaxça"da çıxış edib.